İçeriğe geçmek için "Enter"a basın

Həyat yoldaşını terrorla hədələyən şəxsə 5 illik həbs cəzası

31-01-2016


22.12.2008 / 18:21 xeber –

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə terror aktı barədə yalandan məlumat verməkdə təqsirləndirilən Elşən Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Azadlıq.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə E. Məmmədov Cinayət Məcəlləsinin terror hadisəsi barədə yalandan məlumat vermə maddəsi ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Məmmədov keçmiş həyat yoldaşı, jurnalist Mətanət Ağamirova ilə mübahisə edib. Daha sonra E. Məmmədov M. Ağamirovaya zəng edərək, avtomobilində partlayıcı qurğu olduğunu deyib.

Şəhriyar ƏLİZADƏ

mənbə :
lent.az

Heyat yoldaşını terrorla hedeleyen şexse 5 illik hebs cezası