İçeriğe geçmek için "Enter"a basın

M. Ə. Rəsulzadə məzarının başında anıldı - FOTO

31-01-2016

14:19 xeber – Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə doğum günü münasibəti ilə bu gün Bakının Novxanı qəsəbəsində yerləşən abidəsi qarşısında anılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, kənd sakinləri səhər saatlarından abidənin yerləşdiyi kiçik parka gələrək, M.Ə.Rəsulzadəni anıblar.

Həmçinin siyasi partiyalar, ictimaiyyət təmsilçiləri də abidənin ziyarət ediblər.


Rəsulzadənin anım mərasimindən
Foto: Musavat.com

Görkəmli dövlət xadimi olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.

1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı “Müsəlman gənclik təşkilatını” qurur. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalır.

1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə Azərbaycan Demokratik Respublikasını qurub. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir.

Polşa- Rəsulzadənin “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabınını çap etdirdiyi ölkənin xəritəsi

1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edir, “Əsri” məzarıstanlığında dəfn edilir. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib.


Məhəmməd Əmin Rəsulzadənin cənazəsi

mənbə :
anspress

M. Ə. Resulzade mezarının başında anıldı – FOTO