İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan post-sovet ölkələri arasında 6-cı oldu

31-01-2016

15:15 xeber – 2015-ci ildə Azərbaycan keçmiş SSRİ ölkələri arasında istehlak məhsulları qiymətlərində müşahidə olunan artım səviyyəsinə görə 6-cı yerdə qərarlaşıb.

Azadlıq.az xəbər verir ki, anspress-in BelaPAN xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ilk beşliyə Ukrayna (43,3%), Qazaxıstan (13,6%), Moldova (13,6%), Rusiya (12,9%) və Belarus (12%) daxildir. 7,6% göstərici ilə 6- cı yerdə qərarlaşan Azərbaycandan sonra siyahını Özbəkistan (5,6%), Tacikistan (5,1%), Gürcüstan (4,9%), Qırğızıstan (3,4%) və Latviya (0,3%) davam etdirir.

Ermənistanda qiymətlər və Litvada 0,1%, Estoniyada 0,9% azalıb.

Türkmənistanda 2015-ci ilin yanvar-sentyabr aylarında qiymətlər 3,9% (daha yeni məlumatlar yoxdur – red.) artıb.

Araşdırma ölkələrin milli statistika komitələrinin məlumatları əsasında BelaPAN xəbər agentliyi tərəfindən aparılıb.

mənbə :
anspress

Azerbaycan post-sovet ölkeleri arasında 6-cı oldu