İçeriğe geçmek için "Enter"a basın

Moskvada baş verən yanğında ölənlərin 3 uşaq olub (YENİLƏNİB)

31-01-2016

15:34 xeber – Rusiyanın paytaxtı Moskvada baş verən yanğın zamanı həlak olan 12 nəfərdən 3-ü uşaq olub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu haqda Rusiyanın uşaq ombudsmanı Pavel Astaxov məlumat verib. Onun sözlərinə görə, sexdə işləyən miqrantlar elə burada yaşayıblar, onların bir neçəsi uşaqları ilə birgə sexdə yaşayıb.

По предварительным данным на месте работы проживали мигранты.Некоторые были даже с детьми.Возбуждено уг.дело.Рассматривается версия поджога.— Павел Астахов (@RFdeti) January 31, 2016

***10:14***

Rusiyanın paytaxtı Moskvanın şərqində yerləşən tikiş müəssisələrindən birində dəhşətli yanğın baş verib.

Azadlıq.az xəbər verir ki, anspress-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, paytaxtın Stromnika küçəsi 25 ünvanında qeydə alınan hadisə zamanı 12 nəfər həyatını itirib, onlardan biri 7 aylıq körpədir. Ehtimal edilir ki, körpəni sexdə çalışan miqrantlardan biri özü ilə işə gətirib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölən şəxslər Orta Asiya respublikalarının vətəndaşlarıdır. Hələlik dağıntıların altında qalanların olub-olmadığı dəqiqləşdirilir.

Məlumata görə, yanğının söndürülməsinə ümumilikdə 27 yanğınsöndürən maşını, 90-dan çox şəxsi heyət cəlb edilib və artıq yanğının qarşısı alınıb.

Hadisəyə ilkin ehtimal elektrik naqillərinə yaranan qısa qapanma göstərilir.

Yanğının baş verdiyi tikiş müəsisəsinin aşağı mərtəbələrindən birində pirotexniki vasitələrin anbarı yerləşir və yanğının həmin anbara keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, tikiş sexində yastıq istehsal olunurmuş.


Hadisə yerindən fotolar

Rusiyada bundan əvvəl də bir neçə dəfə ölümlə nəticələnən yanğın hadisələri qeydə alınıb. Sonuncu belə hadisə ötən il dekabr ayının 23-də Rusiyanın Voronej vilayətində yerləşən psixonevroloji internatda baş verib. Güclü yanğın nəticəsində həlak olanların sayı 23 nəfər olub.

Məlumata görə, yanğın ərazisində 21nəfərin meyiti aşkar olunub, daha 2 nəfər isə xəstəxanada dünyasını dəyişib. Eyni zamanda Rusiya Fövqəlada Hallar Nazirliyi ölənlərin sayının 22 oduğunu açıqlayıb. Gecə saatlarında başlayan yanğın nəticəsində 23 nəfər xəsarət alıb.

Faktla bağlı “ehtiyatsızlıqdan iki və daha çox insanın ölümü” maddəsi ilə cinayət işi açılıb.

Rusiya İstintaq Komitəsinin ilkin ehtimalına görə, hadisə elektrik naqillərindəki qısa qapanma nəticəsində baş verib.


Ötən il baş verən yanğın zamanı hadisə yerindən çəkilən foto

mənbə :
anspress

Moskvada baş veren yanğında ölenlerin 3 uşaq olub (YENİLƏNİB)