İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan MDB dördüncüsüdür

31-01-2016

18:17 xeber – Yanvar ayında milli valyutasının dollara nisbətdə məzənənsinin ən az dəyişməsinə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında dördüncü olub.

Azadlıq.az xəbər verir ki, anspress-ini məlumatına görə, yanvar ayında manatın dollara nisbətən məzənnəsi 2,65% azalıb. Hazırda 1 dollar 1,6 Azərbaycan manatına satılır. Yanvarın əvvəlində isə 1 dollar qarşılığında 1,56 manat almaq mümkün idi.

Yanvar ayında dolların qiymətinin manat qarşısında dəyişməsi

2016-cı ilin yanvarında milli valyutasının məzənnəsi ən azalan MDB ölkəsi Türkmənistan olub. Ay ərzində türkmən manatının məzənnəsi heç dəyişməyib. İkincilik isə Özbəkistana məxsusdur. Özbək somunun dollara nisbətdə məzənnəsi yanvarda 0,77% ucuzlaşıb.

Postsovet məkanı ölkələrində yanvar ayında ən arzuolunmaz vəziyyət Tacikistanda qeydə alınıb. Bu ölkənin milli valyutası dollara nisbətən 12,9% dəyər itirib.

Bu mənfi siyahıda axırdan ikinci yerdə gələn ölkə isə Belarus olub. Belarus valyutası yanvarda dollar qarşılığında 12,4% dəyər itirib. Əgər 1 dolların qiyməti yanvarın əvvəlində 18 569 Belarus rublu olubsa, ayın sonunda bu, 20 823 rubla qalxıb.

Bir sıra postsovet ölkələrində milli valyutanın dollar qarşısında dəyər itirməsi (%-lə)

Milli valyutanın möhkəmlik dərəcəsinə görə, axırdan üçüncü yerdə Qazaxıstan qərarlaşıb. Yanvar ayında bu ölkədə dollar 7,46% bahalaşıb. Devalvasiya siyahısında daha sonra aşağıdakı postsovet ölkələri gəlir: Moldova 4, 81%, Ukrayna 4,8%, Gürcüstan 3,22%, Rusiya 3,14%, Azərbaycan 2,65%, Ermənistan 1,03%, Özbəkistan 0,77%. Türkmənistan isə yuxarıda qeyd olunduğu kimi ayı devalvasiyasız başa vurub.

mənbə :
anspress

Azerbaycan MDB dördüncüsüdür