İçeriğe geçmek için "Enter"a basın

Şiə məhəlləsində ardıcıl partlayışlar: ölənlərin sayı onlarladır

31-01-2016


31.01.2016 / 18:22 xeber –

Suriyanın paytaxtı Dəməşqdə silsilə terror aktları törədilib.

 

APA-nın məlumatına görə, Dəməşqin cənubunda yerləşən, Səid Zeynəb adlanan şiə məhəlləsində törədilən üç ardıcıl partlayış nəticəsində 59 nəfər ölüb, 128 nəfər yaralanıb.

 

Terrorçular avtomobilə yerləşdirilmiş bombanı məsafədən işə salıblar. Eyni vaxtda isə yaxınlıqdan keçən marşrut avtobusunda terrorçu-kamikadze özünü partladıb.

 

Bir neçə saniyə sonra daha bir kamikadze bədəninə bağladığı partlayıcını işə salıb.

 

Birinci və ikinci partlayışlar bazarın yaxınlığında törədilib. İkinci partlayış nəticəsində avtobusda olan və məktəbdən qayıdan çoxlu uşaq həlak olub. Onlarla maşın və mağaza yanıb. Yaxınlıqdakı yaşayış evləri ziddi ziyan görüb.

 

Ölü sayının artacağı gözlənilir.

 

Xəstəxanalarda onlarla ağır yaralı var.

mənbə :
lent.az

Şie mehellesinde ardıcıl partlayışlar: ölenlerin sayı onlarladır