İçeriğe geçmek için "Enter"a basın

Aqil M. Quliyev 23 yaşlı qızı haqqında danışdı

31-01-2016


31.01.2016 / 18:39 xeber –

Rejissor Aqil M. Quliyev ilk dəfə 23 yaşlı qızı Sima haqqında danışıb. Lent.az musavat.com-a istinadən xəbər verir ki, “ATV maqazin 10larla” proqramına açıqlama verən rejissor bildirib ki, artıq 1 ildir ki, qızı ilə münasibət qurub:

“Keçən il qızım Moskvada Energetika Universitetini bitirib. Qırmızı diplomla bitirməsi universitetdə aspirant olaraq qalmağa ona kömək etdi. Oxuyan, xarakteri möhkəm olan şəxsiyyətdir. Biz uzun illər ünsiyyətdə olmamışıq, ona görə də qızım haqda heç vaxt danışmırdım. Keçmiş həyat yoldaşımın və qızımın xətrinə dəyməmək üçün, onların mənsiz əziyyətini yerə vurmamaq üçün efirlərdə bu mövzuda danışmamışam. Keçmiş həyat yoldaşım qızımı tək böyüdüb, qızımın üzərində əziyyətim olmayıb. Bəlkə də, qızım haqda danışmağa haqqım yoxdur. Bir il olar ki, ünsiyyətimiz var. Ağır təbiətli insandır. Məndən çox anasına oxşayır”.

mənbə :
lent.az

Aqil M. Quliyev 23 yaşlı qızı haqqında danışdı