İçeriğe geçmek için "Enter"a basın

Neftin qiyməti 55 dollara qalxa bilər

31-01-2016

19:11 xeber – Bir sıra qiymətləndirmələrə əsasən, neftin bir barelinin qiyməti 2017-ci ildə 55 dollara çata bilər.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu Yaxın Şərq üzrə analitik, Dubayda Risklərin İdarə olunması İdarəsinin müşaviri Teodor Karasik deyib.

Neftin qiymətinin cari artımının müvəqqəti olduğunu bildirən ekspert qeyd edib ki, neft bazarında vəziyyətin inkişafını heç kim dəqiq bilə bilməz.


Teodor Karasik – Dubayda Risklərin İdarə olunması İdarəsinin müşaviri

Onun sözlərinə görə, neft bazarında indiki vəziyyətin günahkarı ABŞ, Rusiya və İranı zəiflətmək məqsədilə iqtisadi və siyasi böhran yaratmaq istəyən Səudiyyə Ərəbistanıdır.

Yanvar ayında Brent neftin qiymətinin dəyişməsi (dollar/barrel)

Yanvar ayında neftin qiymətinin dəyişməsi analitkin dediklərini müəyən qədər təsdiqləyir. Məsələn, yanvarın 20-də bir barrelinin qiyməti 27,88 dollara düşmüş Brent nefti hazırda 34,74 dollardan satılır. Amma istənilən halda neftin qiymətinin müəyyən qədər qalxaraq istehsalçı ölkələrə üçün əlverişli vəziyyətdə sabitləşməsi OPEK və kartelə daxil olmayan ölkələr arasındakı anlaşma nətijəsində baş tuta bilər.

mənbə :
anspress

Neftin qiymeti 55 dollara qalxa biler