İçeriğe geçmek için "Enter"a basın

Akademik Cəlal Əliyev dünyasını dəyişdi

31-01-2016

21:00 xeber – Azərbaycan prezidenti İlham Əliyevin əmisi, mərhum prezident Heydər Əliyevin qardaşı akademik Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, AMEA-nın Botanika İnstitutundan bildirilib ki, akademik uzun sürən xəstəlikdən sonra bu gün 87 yaşında evində vəfat edib.


Akademik Cəlal Əliyev

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Cəlal Əliyev “İstiqlal” ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Akademikin 1 övladı var.

Allah rəhmət eləsin!

mənbə :
anspress

Akademik Celal Əliyev dünyasını deyişdi