İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan xalqı telefonla çox danışır

08-01-2015

telefon1

Bildiyiniz kimi 2013  cü ildə xidmət gəlirlərinin həcmi 2012 ci ilə görə 13,5 faiz artmışdı.
2014-cü ilin 11 ayı ərzində informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 1,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 14,2% çox xidmət göstərilib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumatda qeyd olunur ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 57,2%-i mobil telefon rabitəsinin payına düşüb və ötən ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 7,3% artaraq 836,3 milyon manat təşkil edib.
Xatırladaq ki,bu rəqəm 2013 cü ildə 744,5 milyon manat olmuşdu.
Azadliq.az
Azərbaycan xalqı telefonla çox danışır