İçeriğe geçmek için "Enter"a basın

Parisdə yeni saldırı

08-01-2015

parisdesaldırı

Dünən yanvarın 7-də Fransanın paytaxtı  Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum edərək 12 nəfərin ölümünə səbəb olmuşdular.

Dünənki terrordan sonra bu gün Fransada daha 2 polisə silahlı hücum təşkil edilib.

Parisdə baş verən silahlı insident zamanı qadın polis ağır yaralanıb və hadisə yerindəcə dünyasını dəyişib.

Bu səfər isə polisin ölümünə terror deyil oğurluq səbəb olduğu söylənir.

Belə ki, dünənki terror hücumundan sonra gücləndirilmiş rejimə keçən Fransa polisi təhlükəsizliyi gücləndirib. Səhər saatlarında bir nəfər avtomobil oğurlamağa cəhd edib və bu zaman polis vəziyyəti fərq edib. Qaçmaq istəyən oğru daha sonra qəza törədib. Bu zaman polis oğrunu saxlamağa çalışıb.

Polisləri görən oğru üzərindəki silahı çəkərək təhlükəsizlik orqanını yaralayıb. Qaçmağa çalışan oğru qısa bir müddət sonra ələ keçirilib. Hadisənin dünənki hücumla əlaqəsinin olmadığı ifadə edilir. Təəsüf ki,bu hadisə bir polisin ölümü ilə nəticələndi. Hadisədə bir bələdiyyə çalışanı da yaralandı.

Azadliq.az

 

Parisdə yeni saldırı