İçeriğe geçmek için "Enter"a basın

Fransız polisi qatillərin izində

08-01-2015

qatilqardaşlar

 

Fransız polisi Parisdə həftəlik  satirik jurnal olan Charlie Hebdo’ya saldıran və 12 nəfərin olümünə səbəb olan saldırının qatillərininolduğu düşünülən 2 qardaşı yaxalamaq üçün Aisne bölgəsində əməliyyat başlatdı.

3 mindən artıq polisin iştirak etdiyi bu əməliyyatda Şərif və Səid qardaşlarının saxlandığı söylənən Aisne bölgəsində bir binanın mühasirəyə alındığı söylənir.

Bu gün sabah şübhəli qardaşların Reims’dən Paris istiqamətinə doğru boz bir avtomobillə gəldikləri öyrənilmişdi.

Hadisə ilə bağlı 7 nəfər nəzarətxanada saxlanmışdır. Bunlar Şərif və Səid qardaşlarının qohumları eyni zamanda onlara köməklik edənlərdir.

Qatillərin yaxalanması hər an gərçəkləşə bilər
Azadliq.az

Fransız polisi qatillərin izində