İçeriğe geçmek için "Enter"a basın

“Talana son” aksiyası: Milli Şuradan “monopoliyaya” qarşı çıxışlar

15-03-2015

talanasonaksiya

Bugün Bakıda Demokratik Qüvvələrin Milli Şurası (Milli Şura) tərəfindən təşkil olunmuş “Talana son” aksiyasına minlərlə adam qoşulub.
Aksiyaya minlərlə adam qoşulub. Fotojurnalist Əziz Kərimovun verdiyi məlumata görə, Məhsul Stadionunda üç mindən çox adam var. Mitinq təşkilatçıları aksiyaya 10 min nəfərin qoşulduğunu deyir.
Hazırda tribunada çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, bu aksiya “21 fevralda vətəndaşlarımızın həyatına, iqtisadiyyatına, dolaşığına qəsd edildiyinə görə” çağırılıb.
“Oğruluğu bu ölkədə ənənəyə çevirənlərə ar olsun”, o deyib və aprelin 5-də daha bir mitinqin keçiriləcəyini bildirib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxışında həmçinin “manat böhranından” danışıb. “Bu, təkcə manat davası deyil, insanlıq davasıdır”, o deyib və əlavə edib ki, Azərbaycanda “heç kimin hüququna hörmət yoxdur”.
“Manat böhranı təbii fəlakət deyil – İlham Əliyevin xalqın başına gətirdiyi fəlakətdir”.
talanason2

Prezident Əliyev manatın devalvasiyasını və onun nəticəsində yaranmış vəziyyəti şərh edərkən demişdi ki, regionda gedən proseslər Azərbaycana “istər-istəməz təsir göstərir və … son bir il ərzində MDB məkanında … yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib”.
Məzənnədə qəfil artımı izah edən ölkə başçısı deyib ki, bu, Mərkəzi Bankın manatın məzənnəsi aşağı düşəcəyi barədə bəyanatından sonra yaranan “ajiotaja” görə baş verib.
Mətbuat Şurasının “monitorinqi”
Eyni zamanda aksiyanın keçirildiyi Məhsul Stadionuna Mətbuat Şurasının üzvlərinin də gəldiyi bildirilir.
talanason3

Mətbuat Şurasının nümayəndələri “çox güman ki, monitorinq aparacaqlar”, Əziz Kərimov deyir.
Yerli media həmçinin xəbər verir ki, Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvləri aksiyanı izləyəcəklər.
Monitorinqçilər “jurnalistlərə peşə fəaliyyətlərini yerinə yetirmələri üçün yaradılmış şəraiti müşahidə edəcəklər”, APA Mətbuat Şurasına istinadən xəbər verir.
Aksiya hələ ki başlamasa da Məhsul Stadionuna gələn aksiyaçıların çoxu stadiona bayraqlar və şüarlı plakatlarla daxil olub.

Bir yorum

  1. Vaqif 17/03/2015

    Qec-Tez camaatin sebri daha qalmayacaq ve quclu daxilden partlayish olacaq.

Yorumlar kapatıldı.

“Talana son” aksiyası: Milli Şuradan “monopoliyaya” qarşı çıxışlar