İçeriğe geçmek için "Enter"a basın

Fransada markete silahlı basqın

09-01-2015

market1

, Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalına hücumdan sonra daha bir silahlı insident baş verib. Hadisə Parisin şərqində bir marketdə törədilib.

Belə ki, marketə girən silahlı şəxs içəridə olan bir neçə nəfəri girov götürüb. Hadisə şahidlərinin bildirdiyinə görə, içəridən silah səsləri gəlir.

İlkin məlumatlara görə, silahlı insident zamanı bir nəfər də yaralanıb. Hücum təşkil edilən marketin “koşer market”, yəni yəhudi inancına görə, halal ərzaqların satıldığı bir market olduğu iddia edilib.

Fransız mətbuatı marketə hücum edən adamın qadın polisi öldürən şəxs ola biləcəyini ehtimal edir.

Qadın polisi öldüren şəxslər  Fransa polisinə görə bu aşağıda gördüyünüz bu iki nəfərin olduğu söylənir. Onların məqsədinin şəhərin mühasirəsinin qaldırılması olduğu düşünülür.Yə’ni Charlie Hebdo jurnalına basqın düzənləyən qatil qardaşların mühasirəsinin qaldırılmasını istəyirlər.

Azadliq.az

 

 

polisiöldüren

 

Fransada markete silahlı basqın