İçeriğe geçmek için "Enter"a basın

Xəstəlikdən qorunmağın ən asan yolu

15-12-2014

əlyumaq

Xəstəliklərə yoluxmamaq üçun  bəzi sadə  və asan yollar vardır. Sadəcə əl yuyaraq qış mövsümündə yaranan xəstəliklərdən, bir çox virus və mikrobdan qorunmaq mümkündür. Müalicəsi bəzən çox çətin , bəzən də mümkün olmayan xəstəliklərə insanlar əlləri  ilə yoluxur.
Buna görə də xəstəliyin qarşısının alınmasında və infeksiyaların yayılmasında əllərin rolu böyükdür. Uşaqlarınızın, özünüzün və bütün ailənizin qış boyu heç xəstə olmasını istəmirsinizsə, əllərinizi tez-tez yuyun. Ebola virusundan vərəmə, hepatit B kimi müalicəsi olmayan xəstəliklərə, bronxit, tonsilit deyilən boğaz infeksiyasından, konyuktiv adı verilən göz iltihabına qədər, məxmərək, qızılca, soyuqdəymə və qrip kimi xəstəliklərdən qorunmağın ən mühüm, ən təsirli, asan, zəhmətsiz və ən ucuz yolu əl yumaqdır.
Üzdəki T bölgəsi gözlərin, burunun və ağızın əl ilə görüşünün mühüm yeridir. Çünki bütün tənəffüs yolu infeksiyaları bu yolla orqanizmə daxil olur. Bu infeksiyalardan qorunmaq üçün əlləri yumaq yenə də böyük rol oynayır.
4 sadə qaydaya riayət edərək həm özünüzü, həm də ailənizi, həm də müxtəlif xəstəliklərdən qorunmaq mümkündür.
1-ci əllərinizi kirli olan zaman və bir şey yeməzdən əvvəl mütləq yuyun.
2-ci əllərinizə öskürməyin.
3-cü əllərinizə asqırmayın.
4-cü əllərinizi gözlərinizə, burnunuza və ağzınıza qoymayın, hər hansı bir səbəblə toxunsaniz dərhal əllərinizi yuyun.
Su olmayanda da dezinfeksiyalı yaş salfetkalarla silin.
Bu qədər sadə və asan olan əl yumağın sağlamlığınızda nə qədər vacib olduğunu bütün tibb dünyası söyləyir.
Xəstəlikdən qorunmağın ən asan yolu