İçeriğe geçmek için "Enter"a basın

Bu avtomobil yollarında buzlaşma var

09-01-2015

bakiqar

Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsi bu saata respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumat yayıb.
Azadlıq.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, yağan qar respublikanın bəzi yollarında buzlaşmaya səbəb olubdur: “Yağan qar nəticəsində Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala, Ağsu aşırımı, Muğanlı-İsmayıllı istiqamətlərində avtomobil yollarının müəyyən hissələrində buzlaşma qeydə alınıb”.

Sürücülərdən avtomobillərdən göstərilən istiqamətlərdən mümkün qədər az istifadə etmələri xahiş olunur.

Bu avtomobil yollarında buzlaşma var