İçeriğe geçmek için "Enter"a basın

“Əl-Qaidə”-nin Parisdəki terror hadisəsiylə əlaqəsi

10-01-2015

elqaide“Əl-Qaidə” terror təşkilatı Fransada baş vermiş terror aktında əli olduğunu təsdiq edib.
Azadlıq.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” qruplaşmasının üzvlərindən biri bəyan edib.

Onun sözlərinə görə, hücuma qruplaşma rəhbərlik edib.

Bundan əvvəl Parisdə “Charlie Hebdo” nəşrinin redaksiyasına silahlı hücum edən terrorçular bəyan etmişdilər ki, Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” terror təşkilatının üzvləridirlər.

“Əl-Qaidə”-nin Parisdəki terror hadisəsiylə əlaqəsi