İçeriğe geçmek için "Enter"a basın

Hizbullah lideri : “İslam heç belə təhqir edilməmişdi”

10-01-2015

hizbullahhasannasrallah

Livan-ın Hizbullah liderlərindən Həsən Nəsrullah Parisdə Fransız yumor jurnalı “Charlie Hebdo”-ya edilən terror hücumunu pisləyib.

Azadlıq.az-in məlumatına görə, Hizbullah lideri 12 nəfərin öldüyü hücumla bağlı “Hücumu reallaşdıranlar, Allahın Peyğəmbərinə, kitab yazıb, alçaldıcı filmlər çəkənlərdən daha ağır təhqir etdilər” dedi.

İslam Peyğəmbərinin dünyaya gəldiyi gün olaraq qeyd edilən Mövlüd Günü münasibəti ilə çıxış edən Həsən Nəsrullah İraq və Suriyada baş verənlərə münasibətini açıqlayıb:

“Tarixi gözdən keçirin, Allahın Peyğəmbəri Həzrəti Məhəmmədi tarix boyunca kimsə bu qədər aşağılamamışdı. Hücumu reallaşdıranlar, Allahın peyğəmbərinə, kitab yazıb alçaldıcı filmlər çəkənlərdən daha ağır təhqir etdilər. Bu dövrdə, bəzi terrorist qruplar, İslam bayrağı və Peyğəmbərin adı altında öz iyrənc, dəhşət verici və insanlıq xarici əməllərini reallaşdırırlar. İslam dini və Peyğəmbərinə, Peyğəmbər düşmənlərindən daha ağır təhqir edirlər.

Bu təcavüzkarların, Allahın Rəsulu Həzrəti Məhəmmədi təmsil etdiyini söyləyə bilərikmi? Zalim və vəhşicə cinayətlər işləyən, İraqdan Yəmənə, Əfqanıstana geniş coğrafiyalara yayılan bu terrorçular, indi də özlərini bizə göndərən qərb ölkələrinə qayıtdılar. Bunun belə olması çaşdırıcı deyil. Müsəlmanlar olaraq hamımız, Peyğəmbərin həyatını, əxlaqi dəyərlərini bütün dünyaya izah etməklə mükəlləfik. Bir digər mükəlləfiyyətimiz isə bu təkfirçilərə qarşı İslam aləmi ilə həmrəylik içində olub, onları təcrid etmək, əhatə və aradan qaldırılması üçün səy göstərməkdir. Bu terrorist qruplar, ölkələrimizdə, qanımıza, bu günümüzə, gələcəyimizə, qürur və inancımıza təhdid meydana gətirirdi. İndi də İslamın özünə, Quran və Peyğəmbərə təhdid meydana gətirir. İslama və Hz. Məhəmmədin mesajına ən böyük təhdidi bunlar meydana gətirir”.

Bir yorum

  1. Kamran 11/01/2015

    Almaniyada, Macaristanda da shialiya qarshi xususi dushmanchilik var. Burda olan iranlilar ve arablarin chokhu zahiri musalmandir…Macaristanda Nyurbator deportasiya merkezide turist olaraq meni hebs edibler, imkan vermirler ki, konsulluqdan shehadetname alib Azarbaycana qayidam, deyirler bize esirsen. Tutanlar ise yahudilerdir

Yorumlar kapatıldı.

Hizbullah lideri : “İslam heç belə təhqir edilməmişdi”