İçeriğe geçmek için "Enter"a basın

Dünya liderlərinin Fransadakı həmr’əylik yürüşü

11-01-2015

liderlerinyürüyüşü

Fransa siyasi tarixində 1990 cı ildən bu yana ilk dəfə bir prezident xalqla birlikdə küçə mitinqinə qatıldı.
Bildiyiniz kimi, Fransada 17 nəfərin ölümünə səbəb olan qanlı hücuma etiraz etmək üçün təşkil edilən yürüş bu gün saat 16:00 da başladı .Yürüşü təşkil edən komitə yürüşə 1 milyon yarımdan artıq insanın qatıldığını bildirilir.
Bu gün Parisin Respublika meydanında keçirilmiş bu həmrəylik yürüşündə Azərbaycanı baş nazirin müavini Əli Əhmədov təmsil edib.
Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Ə. Əhmədov yürüşə qatılıb. Qeyd edək ki, bu gün Parisdə baş vermiş terror aksiyalarından sonra birlik və həmrəylik aksiyası keçirilib. Aksiyada dünyanın 50-dən çox ölkəsinin hökumət və dövlət rəhbərləri, diplomatik korpus nümayəndələri, həmçinin dini konfessiyaların təmsilçiləri iştirak ediblər.

parisyürüşü
Azadliq.az
Dünya liderlərinin Fransadakı həmr’əylik yürüşü