İçeriğe geçmek için "Enter"a basın

Paytaxtda mənzillərin qiymətləri dəyişmədi

12-01-2015

bakıevleri
2014-cü ilin dekabr ayında Bakıda ikinci əl mənzillərin qiymətlərində artım müşahidə olunmayıb. Bu barədə Day.Az saytına Dayanıqlı İnkişaf İctimai Birliyinin sədri Nəriman Ağayev bildirib. Onun sözlərinə görə, yeni tikililərin qiytmətində isə nisbətən ucuzlaşma olub. “Əmlak bazarındakı hazırkı qiymət vəziyyəti tikinti işlərinin müvəqqəti olaraq dayandırılması, “Sovetski” məhəlləsinin sökülməsi və qış fəslində alıcı marağının az olması ilə əlaqədardır. Adətən mənzillər yaz və yay aylarında alınır. Təbii ki, başqa faktorlar da var”, – o əlavə edib.Bu ilin aprel ayında qiytmətlərin bahalaşacağı gözlənilir. “Bahalaşma həm ilkin, həm də ikinci əl mənzil bazarlarına şamil ediləcək. Bəzi yerlərdə, misal üçün, Zabrat qəsəbəsində evlərin qiymətləri aşağı düşə bilər.

Azadliq.az

Paytaxtda mənzillərin qiymətləri dəyişmədi