İçeriğe geçmek için "Enter"a basın

Prezidentin yeni sərəncamı

12-01-2015

prezidentilham
Azərbaycan prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzaladı.
Dəyişikliyə əsasən, qanunun 14-cü maddəsində “sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta etdirilmiş” sözləri “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada həyata keçirilmiş” sözləri ilə əvəz edilib.
27-ci maddənin I hissəsinin ikinci cümləsində isə “sahibinin mülki məsuliyyətinin icbari sığortasının” sözləri “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının” sözləri ilə əvəz edilib.
Azadliq.az

Prezidentin yeni sərəncamı