İçeriğe geçmek için "Enter"a basın

İlin məşqçisi Yoahim Löv seçildi

12-01-2015

yoahimlov

Yoahim Löv keçən il Almaniya millisi ilə “DÇ-2014”ün kubokunu qazanıb.

2014-ci ilin ən yaxşı kişi və qadın komandasının məşqçisi artıq müəyyənləşib.

Azadlıq.az-ın xəbərinə görə, bu gün İsveçrənin Surix şəhərində keçirilən səsvermədə Almaniya millisinin çalışdırıcısı Yoahim Löv ötən ilin ən güclü məşqçisi seçilib.

Namizədlər arasında Yoahim Lövlə yanaşı, Karlo Ançelotti (“Real Madrid”) və Dieqo Simeone (“Atletiko Madrid”) var idi.

Yoahim Löv keçən il Almaniya millisi ilə “DÇ-2014”ün kubokunu qazanmışdı.

Qadın futbolunda ötən ilin ən yaxşı baş məşqçisi adına isə “Volfsburq”un çalışdırıcısı Nadin Kessler layiq görülüb. O, ötən il komandası ilə Almaniya liqası və Almaniya kubokunu qazanıb.

İlin məşqçisi Yoahim Löv seçildi