İçeriğe geçmek için "Enter"a basın

Ermənistanda 6 nəfəri güllələyən rus əsgəri tutuldu

13-01-2015

rusesgeri

Ermənistan, Gümrüdə 6 nəfərlik erməni ailəsini güllələyərək qətlə yetirməkdə şübhəli bilinən 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov Türkiyə ilə sərhəddə yaxalanıb.
Azadlıq.az-ın erməni KİV-ə istinadən verdiyi xəbərə görə, informasiyanı Ermənistan polisinin mətbuat xidməti təsdiqləyib.

“Şübhəli bilinən şəxs Türkiyə ilə sərhəddə, hüquq-mühafizə orqanları ilə sərhədçilərin birgə səyləri nəticəsində saxlanılıb”, – deyə mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, polisin məlumatına görə, yanvarın 12-də səhər Gümrüdə avtomat güllələrindən eyni ailənin 6 üzvü – Seryoja Avetisyan (1961), Asmik Avetisyan (1959), Aida Avetisyan (1979), Armen Avetisyan (1981), Araksiya Poqosyan (1990) və 2 yaşlı Asmik Avetisyan həlak olublar. İlkin məlumatlara görə, cinayətdə bazanın həqiqi hərbi xidmətdə olan əsgəri Valeri Permyakov şübhəli bilinir.

Ermənistanda 6 nəfəri güllələyən rus əsgəri tutuldu