İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı qadınlara intenetdə iş tələsi

16-01-2015

qadınlar
Adanada bir qrup şəxs internetdən tanış olduqları azərbaycanlı 2 qadını uşaq baxıcılığı etmələri adı ilə Türkiyəyə gətirdib. Daha sonra həmin qadınları təhdidlə fahişəlik etdirən 4 nəfər ələ keçirilib.

Azərbaycanlı qadınlardan başqa daha bir qadının da fahişəliyə məcbur edildiyi məlum olub. Şəbəkənin digər bölgələrdə də qollarının olduğu məlum olub. Təhlükəsizlik orqanları bu əməliyyatı həyata keçirmək üçün həmin dəstəni 6 ay təqib edib.

Polisə ifadə verən dəstə üzvləri etdikləri əməllər barədə danışıblar: “Uşaq baxıcılığı işi adı ilə qadınları Türkiyəyə gətirik. Onlara yaxşı maaş veriləcəyini deyirdik”.

Polisə ifadə verən azərbaycanlı qadınlar isə çox çətin şərtlərdə yaşadıqlarını bildiriblər. İnternetdə tanış olduğu adamın onlara yüksək maaş vəd etdiyini deyən qadınlar həmin şəxslərin təyyarə biletini də göndərdiyini söyləyiblər. Bətanət Həsənova Türkiyəyə gəldikdən 2 gün sonra şəbəkənin tələsinə düşdüyünü deyib:

“Uşağım xəstə olduğu üçün bura pul qazanmağa gəldim. Mənə uşağa baxacaqsan demişdilər, ancaq fahişəlik etdirdilər. Əvvəl etmək istəmədim, amma məcbur olduğum üçün səsimi çıxarmayıb etdim”.

Qadınları fahişəliyə cəlb edən şəxslər isə məhkəməyə çıxarılıb və haqlarında həbs qəti imkan tədbiri seçilib
Azadliq.az

5 Yorum

  1. Omur 24/01/2015

    Bu ağ yalandır. O qadınlar özlərini təmizə çıxarmaq üçün bu kimi yalan məlumatlar verirlər. Heç kimi zorla fahişəliyə sürükləmək olmaz. Onlar özləri bilərək və asn yolla pul qazanmaq üçün ölkəmizdə və digər ölkələrdə fahişəlik edirlər. Hal-hazırda fahişəlik etmək bir çox namussuz qadınlar üçün normal bir iş yeri olaraq adi bir hal olub. Bu yazılanlar cəfəngiyyatdır və özünü reklam etməkdir. Mən bir neçə dövlətdə milliyyətcə Azərbaycanlı olan fahişələrin yollarda, küçələrdə fəxrlə azərbaycan adından istifadə edərək müştəri çağırmasının canlı şahidi olmuşam və hətda bir neçəsini təhqir edib yoluma davam etmişəm.
    Həmin fahişələri qarşılamaq üçün həyat yoldaşı, atası, qardaşı, oğlu, qızı, anası, bacısı, qaynı, qayınatası, qayınanası, baldızı, rəfiqəsi, ortağı və digər qohumları və tanış olduğu insanlar Hava limanında, Avtovağzalda ən bahalı maşınlarla gəlib təntənə ilə qarşılayırlar. Belə olan halda hansı aldadıcı fitnə əməldən danışmaq olar. Hətda bunu da qeyd edim ki, 2004-cü ildə Dubayda Otelin giriş halında İran Azərbaycanlısı olan müştərisinə iki bacının onlara Bakıda Nazirlik tərəfindən 1500 USD. iki aylıq viza verildiyini deyəndə mən eşitdim. Onlar ora gedən bütün qadınların hamısına Nazirlik tərəfindən iki aylıq viza verdiyini deyirdilər. Bu müddətin artması üçün məbləğdə artdığını bildirdilər. Bir daha bildirmək istəyirəm ki, yalan məlumatlar verməyin. Olan həqiqətləri yazsanız daha yaxşı olar.

  2. ahaa 22/02/2015

    mence bu yalan deyil cunki bele peyserler de coxdu bele caresiz qadinlarda coxdu.

  3. ANAR 22/02/2015

    serefsizler

  4. Məmmədrəsul 27/02/2015

    Elələrini İrandakı kimi dar ağacından ibrəti-aləm üçün asmaq lazımdır ki,dərs götürsünlər.

  5. eliw 13/06/2015

    bele bir mesel var–olmasaydi axmaqlar ac qalardi maymaqlar.–duzya ezelden bele qurulub.kimisi namusu ile yawayir,kimisi namussuzun eli ile yawayir.mene ele gelir ki ,bu kimi movzularda meqaleler yazmasalar daha yaxwi olar.cunki faydasindan cox ziyani var,bezilerinin hevesini artirir.ibret alan ise cetin ki ola…

Yorumlar kapatıldı.

Azərbaycanlı qadınlara intenetdə iş tələsi