İçeriğe geçmek için "Enter"a basın

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin maaşının artırılmasından danışdı

17-01-2015

tehsilnaziri“Bizim təhsil sistemimizin optimallaşdırılmasına ehtiyac var. Biz müəllim peşəsinin cəlb edici olmasına şərait yaratmağa çalışırıq”.

Azadlıq.az-ın Ans Press-ə istinadən verdiyi xəbərə görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, cəmiyyətdə müəllim peşəsinə olan münasibətin yenidən bərqarar olması üçün tətbirlər görülür. Nazir qeyd edib ki, bunalara yüksək balla müəllimlik ixtisasını seçən gənclərin həvəsləndiriliməsi, ucqar rayonların çalışan müəllimlərin əmək haqqının artırılması kimi halları misal göstərmək olar:

“Dünyada baş verən iqtisadi proseslərə baxmayaraq dövlət başçısı müəllimlərin əmək haqqının qaldırılması ilə bağlı sərəncam imzaladı. Bu, dövlət başçısının müəllim peşəsinə olan diqqətinin bariz nümunəsidir.Təhsilin keyfiyyətini artırılması ilə bağlı hər zaman müzakirələr aparırıq”, – deyə nazir söyləyib.

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin maaşının artırılmasından danışdı