İçeriğe geçmek için "Enter"a basın

Türkiyənin Gülən iddiasıyla bağlı ABŞ-dan cavab gəldi

17-07-2016

fethullah-gulen-75ABŞ dövlət katibi Con Kerri Türkiyə hökumətinin ABŞ-a qarşı Fətullah Gülən iddiasına münasibət bildirib.

Azadliq.az-ın Reuters-ə istinadən məlumatına görə, Kerri Lüksemburq səfəri zamanı bununla bağlı jurnalistlərin sualına cavab verib. O, Amerikanın Gülənin Türkiyəyə təhvil verilməsi üçün hər hansı rəsmi tələb almadığını qeyd edib:

“Türkiyə hökumətini həmişə olduğu kimi bu dəfə də bizə rəsmi sənədlər təqdim etməyə dəvət edirik”.

Bundan başqa, dövlət katibi baş verən çevriliş cəhdinin araşdırılması məsələsində Türkiyəyə dəstək təklif edib, bütün işlərdə yardım etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ-ı terrorçuluqda ittiham olunan Güləni gizlətməkdə ittiham etmişdi. O, Pensilvaniyada yaşayan Güləni Türkiyəyə qaytarmayan bir ölkənin onların dostu ola bilməyəcəyini bəyan etmişdi.

Türkiyənin Gülən iddiasıyla bağlı ABŞ-dan cavab gəldi