İçeriğe geçmek için "Enter"a basın

Obama Fətullah Gülənin ekstradisiyası barədə danışdı

23-07-2016

obama
Azadliq.az xəbər verir ki, Türkiyə Fətullah Gülənin ekstradisiyasının zəruriliyini təsdiq edən müvafiq sənədləri ABŞ-a təqdim etməlidir. Bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

“Türkiyə prezidenti və hökuməti əmindir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin dövlət çevrilişinə cəhddə əli var. Mən prezident Ərdoğana dedim ki, onlar ABŞ ərazisindəki Gülən və ya başqası haqda sübutları bizə təqdim etməlidirlər”, – deyə Obama Ağ Evdə Meksika prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib.

Ağ Ev rəhbəri əlavə edib ki, ekstradisiya barədə qərarı o deyil, Ədliyyə Nazirliyi və məhkəmə qəbul edir.

Obama Fətullah Gülənin ekstradisiyası barədə danışdı