İçeriğe geçmek için "Enter"a basın

“Qəbələ” bir gündə iki qələbə qazandı

17-01-2015


17.01.2015 22:30 xeber –

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün iki yoхlama oyunu keçirib.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Roman Qriqorçuk komandanı Türkiyə və Ukrayna klubları ilə oyunlarda sınayıb.

İlk rəqib Türkiyənin PTT I liqasında mübarizə aparan “Adanaspor” olub. “Qəbələ” rəqibi üzərində 3:2 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində Bəhlul Mustafazadə, Markuinyos və Ekiqo Ehiosun fərqlənib.

“Qəbələ” ikinci oyunu Ukraynanın “Vorskla” klubuna qarşı keçirib. Bu dəfə matç “qırmızı-qaralar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin qollarına yeni transfer Ruslan Fomin və Cavid Hüseynov imza atıb.

Qeyd edək ki, 1954-cü ildə yaradılan “Adanaspor”a hazırda “Rəvan”ın keçmiş baş məşqçisi Güvənc Kurtar başçılıq edir. Komanda qış fasiləsinə 15-ci pillədə yollanıb. 1955-ci ildə fəaliyyətə başlayan “Vorskla”nın baş məşqçisi Vasil Saçkodu. Komanda fasiləyə 8-ci pillədə çıхıb.

“Qəbələ” Antalyadakı ilk yoхlama oyununda PSV-nin ikinci komandası ilə “sülh” bağlayıb (0:0), ardınca “Eskişəhərspor”a uduzub (1:3). Bu gün iki oyun keçirəcək “qırmızı-qaralar” yanvarın 23-də “Kuban” (Rusiya), 25-də “Haladaş” (Macarıstan), 27-də “Altınəsr”lə (Türkmənistan) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
17 yanvar

Qəbələ (Azərbaycan) – Adanaspor (Türkiyə) 3:2
Qollar: Bəhlul Mustafazadə, 35. Markuinyos, 65-pen. Ekiqo Ehiosun, 83.
Qəbələ: Kamran Ağayev, Murad Musayev, Şirməhəmməd Məmmədov, Markuinyos, Emin Zamanov, Bəhlul Mustafazadə, Qismət Alıyev, Ekiqo Ehiosun, Tellur Mütəllimov, Elnur Mustafazadə, Aleksandru Benqa.

Qəbələ (Azərbaycan) – Vorskla (Ukrayna) 2:1
Qollar: Ruslan Fomin, 47. Cavid Hüseynov, 86.
Qəbələ: Anar Nəzirov, Ürfan Abbasov, Rafael Santos, Ruslan Abışov, Ruslan Tağızadə, Elvin Camalov, Aleksey Qay, Rəşad Sadiqov, Cavid Hüseynov, Bəxtiyar Soltanov, Ruslan Fomin.
Ehtiyat oyunçular: Dmitri Bezotosnı, Adrian Ropotan, Viktor Mendi, Sadiq Quliyev.

“Qəbələ” bir gündə iki qələbə qazandı