İçeriğe geçmek için "Enter"a basın

Şəhidimizin xatirəsinə həsr olunmuş beynəlxalq turnur başa çatdı

17-01-2015


17.01.2015 22:59 xeber –

“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə sayca 18-ci beynəlxalq turnir başa çatıb.

Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və Özbəkistan idmançıları da mübarizə aparıblar.

ANS PRESS-in məlumatına görə, turnirin ikinci günündə yunan-Roma güləşi üzrə yarışlar keçirilib. Ümumilikdə 95 pəhləvanın mübarizə apardığı yarışın son günündə qalib və mükafatçılar müəyyənləşib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Maqomed Murtuzaliev (42 kq, Rusiya), Ramal Əhədli (46 kq, Azərbaycan), Nurağa Yusifli (50 kq, Azərbaycan), Xancavad Məcidzadə (54 kq, Azərbaycan), Məhəmmədəli Həsənov (58 kq, Azərbaycan), Maqomed Maqomedov (63 kq, Rusiya), Ülvi Qənizadə (69 kq, Azərbaycan), Arsanali Tanaev (76 kq, Rusiya), Elşən Eyyubov (85 kq, Azərbaycan), Camal Feyziyev (100 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediliblər.

Şəhidimizin xatirəsinə həsr olunmuş beynəlxalq turnur başa çatdı