İçeriğe geçmek için "Enter"a basın

Bakıda qadının qızıllarını oğurlayan kişi tutuldu

03-04-2015


03.04.2015 / 12:51 xeber –

Bakıda oğurluq edən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 2-də Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Elnur Rzayevə məxsus mağazaya gəlmiş naməlum şəxs açıq talama yolu ilə oradan qızıl əşyalar aparıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İlqar Hacıağa tutulub. Ondan 0,18 qram heroin götürülüb.

 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 1-də həmin qəsəbə sakini Könül Cavadovaya məxsus içərisində 200 manatı və qızıl sırğası olan çantasını oğurlaması da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

Mənbə : Lent.az

Bakıda qadının qızıllarını oğurlayan kişi tutuldu