İçeriğe geçmek için "Enter"a basın

Ad gününde İradeye "ele bir hediyye bağışlayıblar ki…"

03-04-2015


03.04.2015 / 13:17 xeber –

Türkiyə yaşayan müğənni İradə İbrahimova bu gün 35 yaşını qeyd edəcək. Lent.az-a açıqlama verən ifaçı deyib ki, özəl günündə yalnız ailəsinə yaxın olan dostları qatılacaq:  “Doğum günüm bu axşam ailə içində qeyd olunacaq. Növbəti gün yaxın dostlarla bir araya gələcəyik. Uşaq olanda böyüməyə tələsirik. Yaş artıqca isə kədərlənirik. Çox zaman gənclik, cavanlıq geridə qalır deyə düşünürük. Amma insan yaşa dolduqca daha da müdrikləşir, həyata fərqli gözlə baxır. Hər yaşda insan nəyisə öyrənir. Ən əsası geriyə boylananda peşman olmadan irəliyə doğru addımlaya bilməyimizdir. Əksər doğum günlərimdə təmtəraqdan uzaq durmağa çalışmışam. Sakit gün keçirmək istəmişəm. Bu yaşımda bir az fərqli düşünürəm. Ətrafımda çoxlu insanlar olsun və sevincimi onlarla bölüşmək istəyirəm. 35 yaşımda elə dəyərli bir hədiyyə bağışlayıblar ki, onu inşallah yaxın zamanlarda açıqlayacam. 35 yaş həyatımda bu səbəbdən unudulmayan rəqəm olacaq”.

Mənbə : Lent.az

Ad gününde İradeye "ele bir hediyye bağışlayıblar ki…"