İçeriğe geçmek için "Enter"a basın

MTN-nin xüsusi emeliyyatı ile saxlanılan şexsin mehkemesi başladı

03-04-2015


03.04.2015 / 13:49 xeber –

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində MTN-nin xüsusi əməliyyatı ilə saxlanılan Ukrayna vətəndaşı Oleksandr Yançitskinin cinayət işi üzrə məhkəmə prosesinə start verilib.

 

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 10-na təyin edilib.

 

 

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən xüsusi texniki avadanlıqların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi hüquqazidd əməlinin törədilməsinə görə Ukrayna Respublikasının vətəndaşı, faktiki Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşamış Yançitski Oleksandr Oleksandroviç şübhəli şəxs qismində tutulub.

 

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb. Yançitski Oleksandr Oleksandroviç təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Müəyyən edilib ki, Oleksandr Yançitski və qeyriləri gəlir əldə etmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda dəyəri olan və beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən 60 ədəd “Asus” markalı “RT16” tipli router cihazını Gürcüstan Respublikasının Kutaisi şəhərində əldə edərək, sonradan həmin texniki avadanlıqları “Tbilisi-Bakı” marşrutu üzrə işləyən sərnişin avtobusunda qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirib Azərbaycana gətiriblər.

 

Oleksandr Yançitski Bakı şəhərində fəaliyyət göstərən 30-dan artıq müxtəlif, o cümlədən iri ticarət və istirahət mərkəzlərinin, kafe, restoran, klub və digər xidmət və iaşə müəssisələrinin rəhbərləri ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən “Asus” markalı “RT16” tipli router cihazlarını həmin obyektlərdə quraşdıraraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz rabitə və internet xidmətləri göstərməyə başlayıb. Bu obyektlərə baxış keçirilərkən həmin cihazların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu aşkar edilib.

Mənbə : Lent.az

MTN-nin xüsusi emeliyyatı ile saxlanılan şexsin mehkemesi başladı