İçeriğe geçmek için "Enter"a basın

Azerbaycan tehsilinde daha bir YENİLİK

03-04-2015


03.04.2015 / 14:16 xeber –

Azərbayan Dövlət İqtisad Universiteti və London İqtisadiyyat Məktəbi arasında əməkdaşlıq sazişi imzalanıb. Lent.az-ın məlumatına görə, rektor Ədalət Muradov tədbiri açaraq bildirib ki, əməkdaşlıq nəticəsində azərbaycanlı tələbələr Bakıda London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edəcəklər: “Universitetimizin tələbələri London İqtisadiyyat Məktəbinin kurikulumu əsasında təhsil alacaqlar. Biz Foundation hazırlıq proqramına da qoşuluruq. Proqramı keçən tələbələr London İqtisadiyyat Məktəbi ilə yanaşı, Britaniyanın digər nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanacaqlar”.

ADİU-nun rektoru Ə. Muradov qeyd edib ki, ADİU LCCI (London Ticarət və Sənaye Şurası) sertifikatına qoşulur: “LCCI beynəlxalq sertifikatı dünyanın bir çox tanınmış universitetləri və şirkətləri tərəfindən tanınır. LCCI beynəlxalq sertifikatı dünyanın 80 ölkəsində işə düzəlmək imkanı yaradır. Bizim universitetdə birinci kursu əla və orta qiymətlərlə bitirən tələbələr hazırlıq proqramını keçmədən London İqtisadiyyat Məktəbinin birinci kursuna qəbul oluna biləcəklər. Bizim müəllimlər London İqtisadiyyat Məktəbində dərs demək imkanı qazanacaqlar. Mən onu da qeyd etmək istəyirəm ki, tək bir il ərzində ABŞ, Avropa və Kanada təhsil alan 68 azərbaycanlı gənc Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətə cəlb olunub. Onlardan ikisi məhz London İqtisadiyyat Məktəbinin məzunlarıdır”.

Daha sonra çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Təhsil Nazirliyi olaraq biz hər zaman ali məktəblərimizin beynəlxalq əməkdaşlığını dəstəkləyirik” Nazir müavininin sözlərinə görə, 120 illik tarixə malik London İqtisadiyyat Məktəbi və 85 illik tarixə malik Azərbaycan Dövlət İqtisad Universitetinin birgə əməkdaşlığı Azərbaycanın inkişafına töhfə verəcək.

Sonra isə Oksbric Təhsil Mərkəzinin rəhbəri Keyt Şarp çıxış edib.

Mənbə : Lent.az

Azerbaycan tehsilinde daha bir YENİLİK