İçeriğe geçmek için "Enter"a basın

Prezidentin köməkçisi: "Onlayn media ilə bağlı məsələlər Seçki Məcəlləsində əksini tapmalıdır"

31-08-2016

31.08.2016 / 12:45 xeber –

 

“Təşviqat prosesinin onlayn mediada aparılması hələ Azərbaycan qanunvericiliyində tənzimlənməyib”.

 

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

 

M. Pənahov bildirib ki, sosial şəbəkədə fəal olan Azərbaycan vətəndaşları da bu məsələlərdə vətəndaş mövqeyindən çıxış etməlidirlər.

 

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, media ilə bağlı tələblər onlayn mediaya da şamil edilir: “Əgər onlar seçki prosesində jurnalist kimi çıxış edir, seçki məntəqələrinə jurnalist vəsiqəsi ilə daxil olurlarsa, jurnalist məsuliyyəti də daşıyırlar. Bloqçu öz səhifəsində nəsə yazırsa, bu, başqa məsəllə. Lakin 3-5 nəfər internet saytında bir araya gəlibsə, bu, artıq mediadır. Ona görə də onlayn media ilə bağlı məsələlər Seçki Məcəlləsində əksini tapmalıdır. Onlayn media da mediadır”.

 

mənbə :
lent.az

Prezidentin kömekçisi: "Onlayn media ile bağlı meseleler Seçki Mecellesinde eksini tapmalıdır"