İçeriğe geçmek için "Enter"a basın

Yadplanetlilərdən mesaj gəldi: "Səs o qədər güclüdür ki..."

31-08-2016

31.08.2016 / 13:25 xeber –

Kainatda Yerdən kənarda həyatın varlığına dair ciddi bir dəlil əldə olunub. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) “Yerdənkənar Şüurlu Həyat Axtarışı” proqramının (SETİ) əməkdaşları olan alimlər 15 may 2015-ci ildə Rusiyada bir radioteleskopla əldə edilən siqnalın Yerdən 94 işıq ili məsafədə olan HD 164595 adı verilmiş bir ulduzun ətrafından gəldiyini müəyyənləşdiriblər.

 

Alimlər öncə bu siqnalın “hansısa kosmik olaydan qaynaqlanan” səs olduğunu düşünüblər. Ancaq siqnalın saatlarla sürməsi və bəlli tezlikdə təkrarlanması bunun məqsədli olaraq verilən süni bir səs olduğu qənaətinə gətirib çıxarıb.

 

Astronom Duqlas Vakoçun söylədikləri isə çox heyrətamizdir: “Siqnal o qədər güclüdür ki, insanlıqdan daha yetkin bir mədəniyyətdən gəldiyi aşkar şəkildə ortadadır…”

 

Hazırda alimlər bu siqnalın göndərildiyi yeri dəqiq müəyyənləşdirmək üçün SETİ-nin ABŞ-ın Kaliforniya ştatındakı radioteleskoplarını HD 164595 istiqamətinə çeviriblər. 

 

mənbə :
lent.az

Yadplanetlilerden mesaj geldi: "Ses o qeder güclüdür ki…"