İçeriğe geçmek için "Enter"a basın

Şərti cəza ilə azadlıqda olan sabiq məhkum yenidən 9 İL HƏBS edildi

31-08-2016

31.08.2016 / 14:45 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zaur Nəsrullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Z.Nəsrullayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Z.Nəsrullayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

 

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Z.Nəsrullayevin üzərindən kustar üsulla hazırlanmış 1600 qram narkotik vasitə aşkarlanıb. Z.Nəsrullayevin ödənilməmiş məhkumluğu qalıb. O, 2008-ci ildə Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ildə Nizami rayon məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.

mənbə :
lent.az

Şerti ceza ile azadlıqda olan sabiq mehkum yeniden 9 İL HƏBS edildi