İçeriğe geçmek için "Enter"a basın

Dəhşətli qəzada ölənlərin hamısının şəxsiyyəti məlum oldu – SİYAHI - YENİLƏNİB

31-08-2016

31.08.2016 / 14:52 xeber –

Bu gecə Sumqayıt yaxınlığında, Bakı-Quba magistral yolunun 44-cü kilometrliyində baş vermiş dəhşətli qəzada ölən 6 nəfərin hamısının şəxsiyyəti müəyyənləşib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 21:00 radələrində Bakı-Quba-Rusiya sərhədi yolunun Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 45-ci km-də 1976-cı il təvəllüdlü Abşeron rayonu Saray qəsəbəsində yaşayan Bayramov Elyar Yusif oğlunun Quba rayonu istiqamətdə idarə etdiyi “Wolskvagen Passat” markalı, 99-DZ-632 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Tovuz rayon sakini Məmmədov Elnur İsfəndiyar oğlunun əks istiqamətdə idarə etdiyi “Vaz-21102” markalı, 66-BS-663 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

 

Nəticədə “Vaz-21102” markalı avtomobilin sürücüsü, həmin avtomobildə olan sərnişinlər – 1982-ci il təvəllüdlü Tovuz rayon sakinləri Məmmədova Arifə Yunis qızı, 1979-cu il təvəllüdlü Quliyeva Şəfəq Musa qızı, 1973-cü il təvəllüdlü Qasımov Akif Yunis oğlu, həmçinin “Wolskvagen Passat” markalı avtomobildə olan sərnişin – 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Ramil Adil oğlu hadisə yerində ölüblər, “Wolskvagen Passat” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Bayramov Elçin Yusif oğlu xəsarət alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılsalar da E.Bayramovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.   

 

 

*****

 

10:09

 

Bu gecə Bakı-Quba-Rusiya sərhədi magistral yolunda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Lent.az-ın məlumatına görə, magistralın 44-cü kilometrliyində, Sumqayıt şəhəri yaxınlığında "Wolksfagen Passat" markalı, 99 DZ 632 dövlət qeydiyyat nişanlı və "VAZ 2102" markalı, 60 BS 663 nömrəli iki avtomobilin toqquşması nəticəsində vəfat edən şəxslərdən dördünün kimliyi artıq müəyyənləşdirilib. Hadisə zamanı "VAZ 2102"ni idarə edən 1983-cü il təvəllüdlü Məmmədov Elnur İsfəndiyar oğlu ilə sərnişini, 1982-ci il təvəllüdlü Məmmədova Arifə Yunis qızı, eləcə də onun avtomobilində olan 30-35 yaşlı qadın ilə 35-40 yaşlı kişi ölüb. Həmçinin "Wolksfagen Passat"ı idarə edən 1976-cı il təvəllüdlü Bayramov Elyar Yunis oğlu və sərnişini, 1982-ci il təvəllüdlü Rəhimov Ramil Adil oğlu da xəstəxanada vəfat edib.

 

Bildirilir ki, qəzaya səbəb "Wolksfagen Passat"ın digər avtomobilin yoluna çıxması olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

*****

 

23:41

 

Bakı-Quba magistral avtomobil yolunun 40-cı km-də “Volkswagen” markalı minik avtomobili ilə “Lada” markalı minik avtomobili toqquşub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Məmmədov Elnur İsfəndiyar oğlunun və şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.  

mənbə :
lent.az

Dehşetli qezada ölenlerin hamısının şexsiyyeti melum oldu – SİYAHI – YENİLƏNİB