İçeriğe geçmek için "Enter"a basın

Referendumla əlaqədar MSK-da 161 müşahidəçi qeydiyyatdan keçib

31-08-2016

31.08.2016 / 16:25 xeber –

 

Bu günə qədər referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) 161 müşahidəçi qeydiyyatdan keçib.

 

APA-nın məlumatına görə, bu barədə bu gün MSK sədri Məzahir Pənahov bildirib.

 

Bunlardan 82 nəfər “Yeni Azərbaycan” təşviqat qrupunun, 29 nəfəri “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun müşahidəçisidir. 42 nəfər öz təşəbbüsü ilə müşahidəçi kimi MSK-dan qeydiyyatdan keçib. 6 nəfər isəMDB Parlament Assambleyasının müşahidəçisidir.

 

Dairələrdə isə 7503 müşahidəçi qeydiyyatdan keçib.

 

Onlardan 903 nəfər siyasi partiyaların, 2102 nəfər “Yeni Azərbaycan” təşviqat qrupunun, 207 nəfər “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun, 1034 nəfər “Bələdiyyə” təşviqat qrupunun müşahidəçisidir.

mənbə :
lent.az

Referendumla elaqedar MSK-da 161 müşahideçi qeydiyyatdan keçib