İçeriğe geçmek için "Enter"a basın

Qadının qızıllarını və 14 min pulunu alan dələduza 9 İL HƏBS

31-08-2016

31.08.2016 / 16:45 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Şıxverdiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

 

Lent.az-ın  məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən A.Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, şəhər sakini Lalə İbrahimova polisə ərizə ilə müraciət edərək bildirib ki, Yasamal rayonu Nizami küçəsi 63-də yerləşən “Turan Bank”ın nəzdində olan Lombardda işləyən Azər Şıxverdiyevə bir gün saxlamaq adı ilə 14 840 manat və qızıl zinət əşyalarını verib. A.Şıxverdiyev müxtəlif bəhanələr gətirərək həmin pulu və qızılı geri qaytarmayaraq mənimsəyib. Daha sonra A.Şıxverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

mənbə :
lent.az

Qadının qızıllarını ve 14 min pulunu alan deleduza 9 İL HƏBS