İçeriğe geçmek için "Enter"a basın

Vətəndaşlara külli miqdarda pul atana ağır cəza verildi

31-08-2016

31.08.2016 / 16:52 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif Nuriyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən A.Nuriyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, A.Nuriyev vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. O, zərəçəkmişlərin şikayəti əsasında polis əməkdaşları tərfindən saxlanılıb.

 

A.Nuriyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olub.

mənbə :
lent.az

Vetendaşlara külli miqdarda pul atana ağır ceza verildi