İçeriğe geçmek için "Enter"a basın

Sabiq nazirin qohumunu öldürən qadına bəraət tələb edilib

31-08-2016

31.08.2016 / 17:07 xeber –

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib.

 

Vəkil Abuzər Mütəllibov çıxışında bildirib ki, X.İsgəndərovanın həbs olunmasında qarşı tərəf çox maraqlı olub: “Buna səbəb odur ki, həbs olunarsa, vərəsəlik hüququndan məhrum olacaq. Onun barəsində bəraət hökmü çıxarılmasını istəyirik".

 

Proses ı sentyabrın 5-də davam edib.

 

Xatırladaq ki, prokuror çıxışında Xalidə İsgəndərovaya 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

 

Qeyd edək ki, qətl keçən il  2014-cü ildə Xətai rayonun qeydə alınıb. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı mənzilində öldürülüb. Hüquq Mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

 

Onu da qeyd edək ki, F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

 

mənbə :
lent.az

Sabiq nazirin qohumunu öldüren qadına beraet teleb edilib