İçeriğe geçmek için "Enter"a basın

“Qarabağ”ın bir ayağı Avropada!

03-04-2015


03.04.2015 / 14:55 xeber –

Topaz Premyer Liqasının bu həftə start götürəcək IV dövrəsinin ilk turu bəzi məqamlara aydınlıq gətirə bilər. Apasport.az saytının məlumatına görə, XXVIII turdan sonra klubların müxtəlif vəzifələrin öhdəsindən gəlmək üçün qalan nəzəri şansları ciddi şəkildə dəyişəcək.

 

Çempionatın lideri “Qarabağ” artıq 2 gündən sonra ilk “dördlük”də, bununla da avrokuboklarda yerini rəsmiləşdirə bilər.

 

Ağdam təmsilçisi “Bakı”ya qalib gələrsə, “Qəbələ”nin məğlubiyyətini gözləyəcək. Bunun baş verməsi isə “Qarabağ”ın ilk “dördlük”də yer almasını təmin edəcəyi ilə nəticələnəcək. Bu isə onların avrokuboklara vəsiqəsini də rəsmiləşdirəcək. Eyni zamanda, “Qəbələ”nin qızıla olan nəzəri şansları da qalmayacaq.

 

Qurban Qurbanovun yetirmələri qalib gələrsə, AZAL qələbə qazansa belə, zirvəni yaddan çıxarmalıdı. Ağdamlılar 3 xal qazanmasa, “təyyarəçilər” nəzəri şanslarını qorumaq üçün qalib gəlməlidi.

 

“Sumqayıt” isə “Bakı”nın ardından mükafat qazanmaq şansı tükənən 2-ci komanda ola bilər. “Neftçi” “Simurq”a qalib gəlsə, turu buraxan sumqayıtlılar ilk “üçlük” xəyalına “əlvida” deməlidi.

 

“Simurq” və “Qəbələ” məğlub olmasa, Premyer Liqada yerini təmin edəcək. Çünki aşağı dəstəyə yuvarlanacaq yeganə klub adına ən real namizəd “Bakı” üçün əlçatmaz olacaq. Əslində, əyalət klublarından əvvəl meydana çıxacaq paytaxtın eyniadlı təmsilçisinin xal itkisi də bunu rəsmiləşdirəcək.

 

“Bakı”nın qalib gəlməməsi bu iki klubla yanaşı, AZAL-ın da aşağı dəstəyə yuvarlanmayacağını rəsmiləşdirə bilər. Bunun üçün “təyyarəşilər” də qalib gəlməlidi.

Mənbə : Lent.az

“Qarabağ”ın bir ayağı Avropada!