İçeriğe geçmek için "Enter"a basın

Rusiyadan Türkiyəyə ÇAĞIRIŞ: Suriyadakı əməliyyatları Əsədlə razılaşdırın

31-08-2016

31.08.2016 / 17:38 xeber –

Rusiya Türkiyəni Suriyada keçirdiyi hərbi əməliyyatları Bəşər Əsədhökuməti ilə razılaşdırmağa, bu ölkədə müxalif və etnik qruplara zərbə endirməkdən yayınmağa çağırıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.
 

“Suveren dövlətin ərazisində keçirilən hər hansı bir hərbi əməliyyatı həmin ölkənin hökuməti ilə razılaşdırmaq lazımdır. Ankaranı müxalif qüvvələrin vəSuriya kürdləri də daxil olmaqla, etnik qrupların dislokasiya olunduğu yerlərə zərbə endirməkdən yayınmağa çağırırıq”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.

mənbə :
lent.az

Rusiyadan Türkiyeye ÇAĞIRIŞ: Suriyadakı emeliyyatları Əsedle razılaşdırın