İçeriğe geçmek için "Enter"a basın

Rusiyada "Brat" ləqəbli azərbaycanlı avtoritet həbsdə öldü

31-08-2016

31.08.2016 / 18:34 xeber –

 

Rusiyanın Saratov şəhərində cəzaçəkmə müəssisəsində azərbaycanlı məhkum ölüb.

 

Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov APA-ya bildirib ki, ölən şəxs əslən Azərbaycanın Siyəzən rayonundan olan, Rusiya Federasiyasının vətəndaşı, “Brat” ləqəbli Abdullayev İlham Səttar oğludur.

 

İ. Abdullayev ötən gün cəza çəkdiyi müəssisədə dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb.

 

Onun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Siyəzən rayonunda dəfn olunacaq. 

mənbə :
lent.az

Rusiyada "Brat" leqebli azerbaycanlı avtoritet hebsde öldü