İçeriğe geçmek için "Enter"a basın

Neftçalada 16 yaşlı oğlan göldə boğuldu

31-08-2016

31.08.2016 / 20:49 xeber –

Neftçala rayonunda yeniyetmə oğlan göldə çimərkən boğulub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər 2000-ci il təvəllüdlü Sadıqov Ayxan Yalçın oğlunun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

mənbə :
lent.az

Neftçalada 16 yaşlı oğlan gölde boğuldu