İçeriğe geçmek için "Enter"a basın

“Bakı-2015” bağlanış merasimi meşhur teşkilatçıya tapşırıldı

03-04-2015


03.04.2015 / 16:01 xeber –

 

 

Bu gün “Bakı-2015” Birinci Avropa Oyunları Ceyms Hedleyin bağlanış mərasiminin bədii direktoru təyin edildiyini açıqlayıb.

 

Lent.az-a daxil olan məlumata görə, Hedley peşəkar teatr və sirk sənətində, eləcə də iri həcmli tədbirlərin idarə olunmasında 25 illik təcrübəyə malikdir. O, Şimali Amerikada Mystère, La Nouba, "O", The Beatles' LOVE, Ka, Iris and Zumanity daxil olmaqla, bir sıra tamaşaların qurulmasında “Cirque du Soleil's” şirkətinin baş bədii direktoru olub və “Qremmi” mükafatı, “Tonight Show”, “Live with Kelly and Michael”, “Ellen De Generes Show” və “Today Show” kimi proqramları hazırlayıb.

 

“Bakı-2015” Avropa Oyunlarının bağlanış mərasimi 50 ölkənin nümayəndə heyətinin üzvlərini, 6000-dən çox idmançını, eləcə də onların ailələrini, məşqçilərini, könüllüləri, tərəfdaşları və ümumilikdə, bütün ictimaiyyəti birləşdirən vida şousu olacaq.

 

Ceyms Hedley bu barədə deyib: “Bakı-2015” üçün bağlanış mərasimi tamaşasını təşkil etmək şərəf, eyni zamanda, bir məsuliyyətdir. Məqsədim Avropa Oyunlarına layiq olduğu möhtəşəm final səhnəsini bəxş etmək və mərasimə qatılanlar, həmçinin, dünyanın müxtəlif yerlərində izləyənlər üçün unudulmaz şou yaratmaqdır”.

 

Libbi Haylənd Ceyms Hedleyin yaradıcı əməkdaşı olacaq və “Bakı-2015” bağlanış mərasiminin yaradıcı direktoru qismində fəaliyyət göstərəcək. Libbi “Rio-2007” və “Qvadalaxara-2011” Panamerika Oyunları da daxil olmaqla, bir sıra tədbirlərin yaradıcı işlərinə rəhbərlik edib.

 

“Bakı-2015” Avropa Oyunlarının mərasimlər üzrə direktoru xanım Katerina Uqvu yeni təyinatla bağlı bunları deyib: “Ceyms və Libbi artıq Bakıda yaratdığımız güclü bədii komandanı tamamladılar. Onların yaradıcı gücü “Five Current prodakşn”ın təcrübəsi ilə birləşərək, Avropa Oyunlarının bağlanışı üçün layiqli mərasim ərsəyə gətirəcək”.

 

Skot Givensin rəhbərlik etdiyi “Five Currents” aparıcı şirkəti “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilatçısıdır. Şirkət “Soçi-2014” Qış Olimpiya, “Rio-2007” və “Qvadalaxara-2011” Panamerika Oyunlarının açılış və bağlanış mərasimlərini, “Cinco de Mayo”nun 15 illik yubileyini və Rio de Janeyroda “Reveillon Copacabana” Yeni il tamaşası da daxil olmaqla, bir çox tədbirləri təşkil edib.

 

 

Açılış və bağlanış mərasimləri yeni tikilmiş Bakı Olimpiya Stadionunda 68 minlik izləyici kütləsi və dünyanın müxtəlif yerlərindən olan televiziya izləyicilərinin gözü qarşısında baş tutacaq.

 

Açılış və bağlanış mərasimlərinə biletlər martın 20-dən http://az.baku2015.com/tickets/index.html saytında onlayn satışa çıxarılıb və bu gündən başlayaraq biletləri Park Bulvar, 28 Mall və Metro Park da daxil olmaqla, Bakının müxtəlif ticarət mərkəzlərində quraşdırılmış satış məntəqələrində də almaq olar.

 

 

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə maraqlı və innovativ yarışlar olacaq.

 

Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançı 17 yarış günü ərzində mübarizə aparacaq.

 

Birinci Avropa Oyunları 12 idman növü 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

 

Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları AOK ilə əməkdaşlıq şəraitində təşkil və idarə edəcək.

 

Mənbə : Lent.az

“Bakı-2015” bağlanış merasimi meşhur teşkilatçıya tapşırıldı