İçeriğe geçmek için "Enter"a basın

Azerbaycan ve Türkiye herbçilerinin birge telimi başa çatıb

03-04-2015


03.04.2015 / 18:07 xeber –

 

 

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Konyada 2 mart-2 aprel tarixlərində keçirilən “TURAZ Şahini-2015” hərbi təlimi başa çatıb.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrindən 6 təyyarə, 4 helikopter və 104 nəfər iştirak edib.

 

Türkiyə isə təlimlərə 6 təyyarə və 7 helikopterlə qatılıb.

 

Təlimlər zamanı müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqlar yerinə yetirilib, uçuş bacarığı və vərdişləri daha da inkişaf etdirilib.

Mənbə : Lent.az

Azerbaycan ve Türkiye herbçilerinin birge telimi başa çatıb