İçeriğe geçmek için "Enter"a basın

Müdafie Nazirliyi: "Qarabağ ermenileri Ermenistandan gelen herbçileri güllebaran edir"

03-04-2015


03.04.2015 / 18:15 xeber –

Müdafiə Nazirliyi Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı növbəti məlumatın yalan olduğunu bəyan edib.

 

Lent.az-ın nazirliyə istinadən məlumatına görə, bəyanatda deyilir: “Erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər, Ermənistandan çağırılan hərbi qulluqçularla Dağlıq Qarabağın yerli erməniləri arasındakı daxili çəkişmələr nəticəsində bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə Azərbaycan tərəfini günahkar çıxarmağa cəhd göstərir. Heç şübhəsiz ötən gecə cəbhədə baş verən hadisə də məhz bu qəbildəndir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır”.

Mənbə : Lent.az

Müdafie Nazirliyi: "Qarabağ ermenileri Ermenistandan gelen herbçileri güllebaran edir"