İçeriğe geçmek için "Enter"a basın

Sehlab Bağırovdan mitinq XƏBƏRDARLIĞI

03-04-2015


03.04.2015 / 18:45 xeber –

 

 Milli Şuranın üzvləri – Fuad Qəhrəmanlı və Namizəd Səfərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞPİ) çağırılıblar.

F. Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və nümayəndəsi onları qəbul edib.

 

S. Bağırov Milli Şuranın qiymət artımına etiraz məqsədilə aprelin 5-də 15:00-dan 17:00-a kimi Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda keçirəcəyi mitinqlə bağlı onlara xəbərdarlıq edib.

 

Milli Şura üzvlərinə bildirilib ki, aksiya zamanı iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar: “Biz də bildirdik ki,  tərəfimizdən hər hansı qanuna zidd əməllərə yol verilməyəcək və aksiyanın dinc şəraitdə keçirilməsini təmin edəcəyik”.

 

Xatırladaq ki, Milli Şuranın mitinqi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

 

 

 

Mənbə : Lent.az

Sehlab Bağırovdan mitinq XƏBƏRDARLIĞI