İçeriğe geçmek için "Enter"a basın

ASALA Türkiyeni terrorla hedeledi

03-04-2015


03.04.2015 / 23:38 xeber –

Erməni terror təşkilatlarından olan ASALA (“Ermənistanın azadlığı üçün gizli erməni ordusu”) Türkiyənin ünvanına hədələyici bəyanatla çıxış edib. 

 

Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bəyanatda qardaş ölkədə aprelin 24-ə təyin edilmiş Çanaqqala törənləri ilə bağlı təhdidlər yer alıb.

 

Bəyanatda deyilir: “Aprelin 24-ə Türkiyə tərəfindən, o cümlədən Türkiyə prezidenti Ərdoğan tərəfindən bayram mərasimlərinin təşkilini həm bütün sivil bəşəriyyətə, həm də həlak olan 1.5 milyon erməninin ruhuna təhqir hesab edirik. Biz bütün azad düşüncəli xalqları Ərdoğanın bu təxribatına qarşı çıxmağa çağırırıq. Əgər Ərdoğanın bayramı baş tutsa, ASALA Türkiyəyə qarşı hərbi əməliyyatları bərpa edəcək”.

 

Xatırladaq ki, dünyada terror təşkilatı kimi tanınan ASALA uzun illər xaricdəki Türkiyə səfirliklərinə və diplomatlarına silahlı hücumlar təşkil edərək günahsız insanları, diplomatları, onların ailə üzvlərini qətlə yetirib.

 

 

 

Mənbə : Lent.az

ASALA Türkiyeni terrorla hedeledi